|
|
|
|

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qazax şəhərində vətəndaşları qəbul edib.
525.az DGK-ya istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.



