
“Napoli” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
525.az xəbər verir ki, Neapol təmsilçisi Massimiliano Alleqri ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
58 yaşlı italiyalı mütəxəssis mayın 25-də A Seriyasının son turunda “Kalyari”yə 1:2 hesablı məğlubiyyətdən sonra “Milan”dakı vəzifəsindən ayrılmışdı.
Bir gün əvvəl isə Antonio Konte “Napoli”dən ayrıldığını açıqlamışdı. O, komandaya 2024-cü ildən rəhbərlik edirdi.
Qeyd edək ki, “Napoli” 2025/26 mövsümündə A Seriyasında 76 xalla ikinci yeri tutub.



