
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
525.az xəbər verir ki, nazir bu barədə məlumatı "X" sosial şəbəkə hesabında paylaşıb.
Görüş zamanı yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, piyadaların və digər yol hərəkəti iştirakçılarının qorunması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
"Eyni zamanda Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verdik", - R. Nəbiyev qeyd edib.



