
“Qeyri-neft-qaz sektorunda ən böyük paya malik sahələrdən biri olan elektrik enerjisi istehsalının təxminən 90 faizi qaz və mazut hesabına əldə edilir. Yəni statistikada qeyri-neft sektoru kimi göstərilsə də, əslində bu fəaliyyət də enerji resurslarına bağlıdır”.
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, əgər məqsəd doğrudan da qeyri-neft sektorunu inkişaf etdirməkdirsə, bu sahədə fəaliyyət göstərən bizneslər üçün stimullaşdırıcı mexanizmlər daha geniş tətbiq olunmalıdır:
“Çünki iqtisadi artımın davamlı olması yalnız yeni istehsal sahələrinin və real qeyri-neft iqtisadiyyatının formalaşması ilə mümkündür. Qeyri-neft sektorunun payı artsa da, onun böyük hissəsinin dolayı şəkildə enerji sektoruna bağlı olması bu sahənin hələ tam müstəqil və dayanıqlı inkişaf etmədiyini göstərir. Uzunmüddətli perspektivdə vergi daxilolmalarının sabit artımı üçün iqtisadiyyatın real diversifikasiyası əsas prioritet olmalıdır”.
Sevinc Qarayeva



