|
|
|
|

Tailandda heyvan sığınacağından 100 civarında meymun qaçıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı olay Lopburi şəhərində yaşanıb.
Bundan xəbər tutan şəhər hakimiyyəti dərhal meymunların tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb. Bu işə demək olar ki, şəhərin bütün polis işçiləri cəlb edilib. Meymunların qısa zamanda yenidən volyerə qaytarmaq cəhdi onların şəhər əhalisinə vura biləcək mümkün ziyanının qarşısını almaqla bağlıdır. Üstəlik, o da məlum olub ki, polisin vaxtında müdaxiləsi ilə volyerdə saxlanılan mindən çox meymunun qaçmasının qarşısı alınıb.
Qeyd edək ki, 2024-cü ildə Lopburi şəhərində turistlərin marağına səbəb olan meymunların insanlara hücum faktlarının artması fonunda şəhər hakimiyyəti 3 minə yaxın makakanı xüsusi sığınacaqlara yerləşdirmişdi.
L.Tağıyeva



