|
|
|
|

“Bu gün supermarketlərdə qiymətlər mənfəət marjası, rəqabət, endirimlər, tələb-təklif və müştəri davranışlarına görə dəyişir”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, iri marketlərin tətbiq etdiyi marketinq strategiyaları, endirim kampaniyaları və rəqabət səviyyəsi də qiymət fərqlərinin yaranmasına səbəb olur:
"Tələb və təklif nisbəti, məhsulun saxlanma xərcləri və mağazanın hədəf müştəri qrupunun alıcılıq qabiliyyəti də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən də eyni məhsul hər supermarketlərdə fərqli qiymətlərlə satışa çıxarılır”.
İqtisadçının sözlərinə əsasən, eyni məhsulun fərqli supermarketlərdə fərqli qiymətə satılması bir sıra iqtisadi amillərlə bağlıdır:
“İri marketlərin məhsulu tədarükçülərdən fərqli qiymətlərlə alması, nəqliyyat və logistika xərclərinin dəyişməsi, mağazanın yerləşdiyi ərazidə icarə və işçi qüvvəsi xərclərinin fərqli olması qiymətə təsir edir”.
Sevinc Qarayeva



