|
|
|
|

FİFA rəhbəri Canni İnfantino ABŞ prezidenti Donald Trampa DÇ-2026 oyunları üçün 10 bilet hədiyyə edib.
525.az xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasının açıqladığı maliyyə hesabatında bildirilib.
Sənədə əsasən, İnfantinonun Trampa təqdim etdiyi 10 biletin ümumi dəyəri 30 min ABŞ dolları olub.
Qeyd edək ki, Donald Tramp və Canni İnfantino son vaxtlar bir sıra futbol tədbirlərində birgə iştirak ediblər. FİFA prezidenti daha əvvəl ABŞ liderinin DÇ-2026-nın final matçından sonra kuboku birlikdə qalib komandaya təqdim edəcəklərini də açıqlamışdı.



