|
|
|
|

Pakistanın Lahor şəhərində təhsil mərkəzinin tavanı uçub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə baş verən zaman mərkəzdə 35-40 şagird olub.
Onlardan bir çoxu dağıntılar altından xilas edilsə də, xəstəxanaya aparılan 19 şagirddən 14-ü həlak olub. Həyatını itirən şagirdlər 7-12 yaş arasında olub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Ən azı 7 şagirdin hələ də dağıntılar altında olduğu güman edilir.
Hadisə ilə bağlı başlanan istintaqda təhsil mərkəzinin sahibi də daxil olmaqla 2 nəfər saxlanılıb.
İbrahim Cəfərov



