|
|
|
|

Bu gün bütün Ukrayna ərazisində elektrik enerjisinin verilməsində fasilələr olacaq.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Energetika Agentliyi "Ukrenerqo" sosial şəbəkə hesabında paylaşım edib.
Fasilə əsasən yerli vaxtla 17.00-22.00 aralığında tətbiq olunacaq. Buna səbəb ölkə ərazisində anomal istilərdir. Elektrik enerjisinə tələbatın artması qurumun bu addımı atmasına səbəb olub.
L.Tağıyeva



