|
|
|
|

ABŞ-də tüğyan edən meşə yanğınları minlərlə hektar ərazini külə çevirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qərbindəki isti, quru və küləkli hava şəraiti səbəbindən Yuta, Arizona və digər ştatlarda meşə yanğınları ilə mübarizə davam edir.
Yanğınla mübarizə zamanı 3 yanğınsöndürən həlak olub, ikisi isə yaralanıb.
Yuta ştatında davam edən meşə yanğını sürətlə yayılaraq təxminən 373 kvadratkilometr ərazini əhatə edib. Ştatın qubernatoru Spenser Koks sosial media hesabında etdiyi paylaşımda vəziyyətin "ağır" olduğunu, lakin çalışmaların davam etdiyini bildirib.
Kolorado qubernatoru Cared Polis ştatda fövqəladə vəziyyət elan edib və yanğınlarla mübarizə aparmaq üçün Milli Qvardiyanın yerləşdirilməsinə icazə verib. Ştatda davam edən meşə yanğınları təxminən 24 min hektar ərazini məhv edib və çoxsaylı yaşayış məntəqələri və düşərgə sahələri üçün təxliyə əmrləri verilib.
İbrahim Cəfərov



