|
|
|
|

Dünən Belarus ərazisində rekord - 40,4 dərəcə isti qeydə alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Maksimal temperatur yerli vaxtla 14.00-14.20 aralığında Brest yaxınlığındakı Pinsk yaxınlığında müşahidə olunub. Buna kimi ölkə ərazisində maksimal temperatur 2010-cu il avqustun 8-də Qomeldə qeydə alınmışdı. Həmin vaxt termometrin göstəricisi 38,9 dərəcədə dayanmışdı.
Qeyd edək ki, anomal istilər üzündən ölkə ərazisində qırmızı təhlükə elan olunub.
L.Tağıyeva



