|
|
|
|

24 iyunda baş verən ardıcıl iki güclü zəlzələdən sonra Venesuelada axtarış-xilasetmə işləri davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 1450-yə çatıb, 3150-dən çox insan yaralanıb. Eləcə də on minlərlə insanın hələ də itkin düşdüyü təxmin edilir.
Bu günə qədər zəlzələ səbəbindən 12721 nəfər evindən didərgin düşüb və 774 bina uçub.
Ölkədə axtarış-xilasetmə əməliyyatları üçün 25 mindən çox şəxs səfərbər olunub.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə ərzində 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib.
İbrahim Cəfərov



