
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirəcək.
525.az xəbər verir ki,, aktiv məşğulluq tədbiri iyulun 3-ü saat 10:00-da Xankəndi şəhəri, 28 May küçəsi, 7 ünvanında yerləşən Xankəndi Konqres Mərkəzində təşkil olunacaq.
Tədbirdə işaxtaran şəxslərə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə dövlət və özəl sektoru təmsil edən 20 müəssisə tərəfindən mühəndis-mexanik, çilingər-santexnik, SƏTƏM mütəxəssisi, avtoçilingər, elektrik qaz qaynaqçısı, xəzinədar-əməliyyatçı, sürücü, çörəkçi, aşpaz, dərzi, anbardar, mebel dizayneri, satıcı, əczaçı, qazanxana operatoru, tikişçi və digər peşələr üzrə 120-dən çox vakansiya təqdim ediləcək.
Yarmarkaya gələnlərə agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.



