https://525.az/img/pics/medium/2026-07/398166_bdmsf7xtk5.jpg Jurnalist kimdir?
https://525.az/img/pics/medium/2026-07/398150_z6oou6uzi6.jpg Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
https://525.az/img/pics/medium/2026-07/398119_pfqy89o89q.jpg Milli Mətbuat Gününə oxucu təbriki
https://525.az/img/pics/medium/2026-06/394078_x5krpk1unm.jpg "Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" - Mətbuat Şurasının sədri
search
22 İyul 2026

“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu

“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu

“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayıb.

525.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəlib. Bakıdakı “8-ci kilometr” stadionunda keçirilən görüşdə əvvəlcə "Neftçi" erkən qollarla başlasa da, sonradan 4 qol buraxaraq uduzub.

Hazırda “Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.

Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.

Xatırladaq ki, “Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.

Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli “Payde”yə qarşı keçirəcək.

20:00. "Neftçi" - "Dinamo" - 2:4

Qollar:  Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57, Yevgeni Malaşeviç, 47, Quljiqit Alıkulov, 77

Baş hakim: Kostas Fellas, Kipr

(8-ci km stadionu)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.