|
|
|
|

Aydın Tağıyev vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi mühüm töhfələrə görə Həsən bəy Zərdabi adına mükafata layiq görülüb.
O, qələbəmizin, uğurlarımızın və nailiyyətlərimizin şərəfinə yazılmış “İlk Zəfər Marşı”, “Vətən Marşı” və “Cənab Ali Baş Komandan” adlı tarixi əsərin müəllifidir. Həmin əsərlər Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fond”una daxil edilib.
Aydın Tağıyev eyni zamanda Azərbaycan Real Aykido İdman Klubunun rəsmi himninin müəllifi və klubun fəxri üzvüdür. O, həmçinin Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının və Kəndirlə Mübarizə İdman Federasiyasının fəxri üzvüdür. Bundan əlavə, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) tərəfindən “Fəxri üzv” seçilib.
Müəllif altı ilə yaxındır ki, bütün ölkəni əhatə edən “Vətən” layihəsinə rəhbərlik edir. Layihə çərçivəsində o, 200-ə yaxın şəhid ailəsində fərdi şəkildə iştirak edib. Hazırda layihə nəzdində 9 kitab üzərində iş aparılır.
Aydın Tağıyev 10 ildən artıqdır ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Onun türk, ingilis, rus, ispan, portuqal, gürcü, koreya, rumın, ərəb və digər dillərdə əlamətdar tarixi və ictimai mövzulara həsr olunmuş yüzə yaxın məqaləsi yerli və xarici mətbuatda dərc olunub.
İkinci Qarabağ müharibəsi dövründə Aydın Tağıyev ölkənin 20-yə yaxın tanınmış simasını — nazirlik nümayəndələrini, fond rəhbərlərini, mətbuat katiblərini, telejurnalistləri, diaspora təmsilçilərini və iş adamlarını — bir araya gətirərək “Qarabağ həqiqətləri: 1992–2020” layihəsinin ərsəyə gəlməsinə nail olub. İngilis dilində altyazılarla təqdim olunan bu layihənin əsas məqsədi Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması olub.
O, həmçinin ölkənin təxminən 10 yerli universitetində “Milli-mənəvi dəyərlər və vətəndaşlıq” mövzusunda təlimlər keçib.
Bununla yanaşı, Aydın Tağıyev ölkənin aparıcı media qurumlarında — qəzet, radio və televiziya platformalarında — siyasi şərhçi kimi çıxış edərək ictimai-siyasi məsələlərlə bağlı analitik mövqeyini ictimaiyyətə təqdim edir.
Aydın Tağıyevin “Qələbənin Memarı, Cənab Ali Baş Komandan” adlı kitabı isə bu ayın əvvəlində geniş ictimaiyyətə təqdim olunub.




