|
|
|
|

Məşhur Hollivud ulduzu Bred Pittin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, adının Vivyen Marşelin Coli-Pittdən Vivyen Marşelin Coliyə dəyişdirilməsini istəyir.
18 yaşlı qız bunu şəxsi münasibətlərlə əlaqələndirib. Məhkəmə ilk dinləməni noyabrın 2-ə təyin edib.
Bu, Bred Pitt və Ancelina Colinin atasının soyadından imtina edən dördüncü övladıdır. 2024-cü ildə Şaylo Coli bu addımı atmışdı. Bu ilin əvvəllərində isə Zahara və Meddoks Pitt soyadından imtina ilə bağlı məhkəməyə üz tutub. Onların işi hələ davam edir.
Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 8 illik məhkəmə çəkişməsindən sonra 2024-cü ildə ayrılıblar. Onların 4 bioloji övladı var. Daha 3 uşağı isə himayəyə götürmüşdülər.
L.Tağıyeva



