
Əfqanıstanın şərqindəki Nuristan əyalətində şiddətli yağışlar daşqınlara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində yaşayış məntəqələri su altında qalıb.
Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin açıqlamasında ən azı 20 nəfərin öldüyü, 80 nəfərin yaralandığı və 100-dən çox insanın itkin düşdüyü bildirilib.
Ən çox ziyanın Nuristan əyalətinin paytaxtı Parunda baş verdiyi qeyd olunub.
Təsirə məruz qalan ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.
İbrahim Cəfərov



