|
|
|
|

Qayananın paytaxtı Corctaundan Port Kaytumaya gedən qayıq səyahət zamanı aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qayananın ictimai işlər naziri Xuan Edghill sosial media hesabında etdiyi paylaşımında bildirib.
O qeyd edib ki, qəzadan dərhal sonra gəmi heyəti və 116 sərnişin üçün axtarış-xilasetmə əməliyyatları başlanıb.
Nazir 1939-cu ildə istehsal edilən MV Barima gəmisinin 17 nəfərlik heyəti olduğunu və 250 xilasetmə jileti, 2 sərt xilasetmə qayığı və 6 şişmə xilasetmə qayığı daşıdığını əlavə edib.
Qayananın Baş naziri Mark Filips indiyə qədər 53 nəfərin xilas edildiyini və qalan sərnişinlərin xilas edilməsi üçün səylərin davam etdiyini bildirib.
İbrahim Cəfərov



