|
|
|
|

Futbol üzrə İngiltərə milli komandasının keçmiş kapitanı və baş məşqçisi Kevin Kiqan vəfat edib.
525.az İngiltərə mətbuatında istinadən xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan Kiqan 75 yaşında dünyasını dəyişib.
Futbolçu karyerası ərzində "Skantorp Yunayted", "Liverpul", "Hamburq", "Sautgempton" və "Nyukasl"da forma gemiş İngiltərə futbolunun əfsanəsi iki dəfə "Qızıl top" mükafatını qazanıb.
Məşqçilik karyerasında Kiqan "Nyukasl", "Fulhem", İngiltərə milli komandası və "Mançester Siti"ni çalışdırıb.
İbrahim Cəfərov



