|
|
|
|

Qırğızıstanın İssık-Kul bölgəsində zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Qırğızıstan Seysmologiya İnstitutu mlumat yayıb.
Qeyd olunub kiŞ İssık-Kul bölgəsinin Öttük kəndindən 5 kilometr aralıda 5 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin intensivliyi Öttük və Kazan-Kuygan kəndlərində 5; Cerge-Tal, Kızıl-Cıldız, Eçki-Başı və Emgekçil kəndlərində 4; Kuybışeva, Şoro, Vosmoe Marta, Ak-Talaa, Dostuk, Can-Bulak, Min-Bulak, Calgız-Terek, Orto-Saz, Ak-Kıya, Orto-Nura, Keneş və Narın şəhərində isə 3 bal olaraq ölçülüb.
Zəlzələ nəticəsində ölənlər, xəsarət alanlar və ya dağıntılar barədə rəsmi açıqlama verilməyib.
İbrahim Cəfərov



