
Venesuelada 24 iyunda baş verən ardıcıl iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 5119-a çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez sosial media hesabında etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, ölənlərin sayı 50 nəfər artaraq 5119-a çatıb, yaralıların sayı isə 16740 nəfərdir.
Rodrigez bildirib ki, ikiqat zəlzələdən bəri bölgədə 1350-dən çox afterşok baş verib. O, zədələnmiş binaların hələ də risk yaratdığını vurğulayıb və vətəndaşları ehtiyatlı olmağa çağırıb.
İbrahim Cəfərov



