
İranın Xuzistan şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Episentri Xuzistan yaxınlığındakı Salend rayonunda olan zəlzələ yerli vaxtla saat 05:55-də qeydə alınıb.
Xuzistan əyalətinin inzibati mərkəzi olan Əhvazda, eləcə də Əndimeşk və Dezful şəhərlərində də hiss olunan zəlzələ 8 kilometr dərinlikdə baş verib.
Mümkün ziyanı qiymətləndirmək üçün Qırmızı Aypara qrupları bölgəyə göndərilib.
İbrahim Cəfərov



