
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı Amerika bazasına zərbələr endirib.
525.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Bəyanatda bildirilib ki, zərbələrin hədəfləri arasında Amerika qırıcı təyyarələri də olub. Onlar bir neçə ballistik raket və çoxsaylı drondan istifadə etdiklərini, hücumun ciddi ziyana səbəb oluduğunu bildiriblər.
Cümə gecəsi ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə əlavə zərbələr endirdiyini açıqlayıb.
Pərvanə Sultanova



