
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 291,5 milyon manat olub.
525.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % çoxdur.
İndiyə qədər bölgədə 3 372 ədəd yeni nəsil NKA quraşdırılıb.
Xatırladaq ki, 6 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub.
Bu, 1 il əvvələ nisbətən 15 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 114 501 ədəd yeni nəsil NKA quraşdırılıb.



