
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinin icrasına başlanılıb.
525.az xəbər verir ki, layihənin əsas məqsədi gəncləri rəqəmsal dünyada etik və təhlükəsiz istifadəyə istiqamətləndirmək, rəqəmsal savadlılıq, saxta xəbərlər (fake news), kiber təhlükəsizlik və şəxsi məlumatların mühafizəsi, süni zəka: təhdidlər və imkanlar mövzuları üzrə bacarıqlarını inkişaf etdirmək. Eyni zamanda onları təhsil və praktik vasitələrlə öz icmalarında davamlı rəqəmsal təşəbbüslərə (məsələn, sosial media kampaniyaları, rəqəmsal resurslar yaradılması) sövq etmək üçün təlimçi kimi gücləndirməyi hədəfləyir. Xüsusilə qeyd olunan nəticələrə çatmaq nəzərdə tutulur:
Həyata keçirilmiş ilk həftədə gənclər “Gənclərlə işdə rəqəmsal bacarıqlar”, “Kibertəhlükəsizlik”, “Süni zəka: təhdidlər və imkanlar”, “Təqdimat bacarıqları”, və “Təlimçilər üçün təlim” təlimləri təşkil olunmuşdur. Təlim proqramının davamında iştirakçılar rəqəmsal təhlükələr, saxta xəbərlərin müəyyən olunması, xüsusilə süni zəka əsaslı manipulyativ məlumatların tanınması, şəxsi məlumatların mühafizəsi, etik onlayn davranış və rəqəmsal kommunikasiya, eləcə də sosial media kapaniyalarının idarə edilməsi mövzularında həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.
Layihənin davamlılıq mərhələsində isə iştirakçıların öz icmalarında təlimlər, seminarlar və maarifləndirmə tədbirləri həyata keçirməsi nəzərdə tutulur. Bununla yanaşı, sosial media üzərindən həyata keçiriləcək #RəqəmsalKimlik kampaniyası vasitəsilə minlərlə gəncin rəqəmsal təhlükəsizlik və media savadlılığı sahəsində məlumatlandırılması planlaşdırılır. Qeyd edək ki, artıq layihə iştirakçıları tərəfindən Saatlı və Pirallahı gəncləri üçün maarifləndirmə görüşləri təşkil olunub.
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi - Gənclər Evləri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfdaşlığı ilə həyata keçirilir.







