
“Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, həm də geoiqtisadi layihədir. Layihənin reallaşması Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında strateji logistika qovşağına çevirəcək, Türk Dövlətləri Təşkilatı ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək və Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq. Bu da Azərbaycanın regional iqtisadi təsir imkanlarını daha da genişləndirəcək”.
Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli deyib. İqtisadçı qeyd edib ki, bütövlükdə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın tranzit gəlirlərinin artmasına, xarici investisiyaların cəlb edilməsinə, ixrac imkanlarının genişlənməsinə və ölkənin uzunmüddətli iqtisadi dayanıqlığının möhkəmlənməsinə mühüm töhfə verəcək:
“Məhz buna görə də bu layihə təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz və Avrasiya regionunun iqtisadi xəritəsini dəyişdirə biləcək strateji təşəbbüslərdən biri hesab olunur”.
Sevinc Qarayeva



