|
|
|
|

Bu gün Uqandada Ebola virusuna yoluxan sonuncu xəstə sağalaraq evə buraxılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Baş direktorun sözlərinə görə, 42 günlük mübarizədən sonra Ebolanı məğlub etmək mümkün olub.
T.Qebreyesus Konqo Demokratik Respublikasında epidemiyanın davam etdiyini, orada virusdan ölənlərin sayının 796-a çatdığını da bildirib.
Xatırladaq ki, rəsmi məlumatlara görə, bu ilki epidemiya zamanı 20 nəfər virusa yoluxub, onlardan üçü dünyasını dəyişib.
L.Tağıyeva



