|
|
|
|

"Mövcud vəziyyətdə hansısa ixtisaslar üzrə keçid ballarının artacağını qəti şəkildə demək hələ ki, mümkün deyil".
Bunu. 525.az-a təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert vurğulayıb ki, hazırkı iştirakçı sayını müqayisə etdikdə bu amilin ballara müəyyən qədər təsir göstərəcəyi görünür. Bəzi ixtisaslar üzrə ballarda enmə ehtimalı olsa da, həm II, həm də III ixtisas qrupuna daxil olan prestijli ixtisaslarda daha çox bal artımı müşahidə olunacaq::
"Son 10 ilin təcrübəsi göstərir ki, abituriyentlər ikinci cəhddə birinciyə nisbətən öz nəticələrini daha da yaxşılaşdırırlar. Bu irəliləyiş isə istənilən halda ümumi müsabiqə vəziyyətinə birbaşa təsir edir və balların yüksəlməsi ilə nəticələnir".
Sevinc Qarayeva



