|
|
|
|

Venesuelada 24 iyunda baş verən iki güclü zəlzələdə ölənlərin sayı 4829-a çatıb.
525.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez sosial media hesabında paylaşım edib. Rodrigez qeyd edib ki, ölənlərin sayı 4829-a çatıb, yaralıların sayı isə 16740 nəfərdir.
O həmçinin bildirib ki, 24 iyunda baş verən zəlzələlərdən sonra bölgədə 1284 təkrar təkan qeydə alınıb. Ən son təkrar təkan 3,9 bal gücündə olub və bu, 10 iyulda fəlakətdən ən çox təsirlənən ərazi olan La Quayra ştatının Naiquata şəhərində baş verib.
Xatırladaq ki, 24 iyunda Venesuelada 39 saniyə aralığında 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib.
İbrahim Cəfərov



