|
|
|
|

ABŞ İraqdan hərbi kontingentini çıxarmağı planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ evdə İraqın baş naziri Əli Falih əz-Zeydi qəbul edərkən bildirib.
D.Tramp ABŞ-İraq münasibətlırinin başqa fazaya keçdiyini, İranın zəifləməsi fonunda qoşunların artıq İraqda qalmasına ehtiyac olmadığını da qeyd edib.
Əz-Zeyd isə öz növbəsində İranın təsiri altında olan silahlı birləşmələrin sentyabra kimi ləğv edilərək dövlətin nəzarətinə veriləcəyini bildirib.
Qeyd edək ki, görüşdə bir sıra digər məsələlər, əsas da iqtisadi sahədə gələcək əməkdaşlıq da müzakirə olunub.
L.Tağıyeva



