https://525.az/img/pics/medium/2026-07/397274_w7e77cswgd.jpg Ötən yayın xatirələri
https://525.az/img/pics/medium/2026-07/397268_7m5b15l53s.jpg Yaddaşın və Haqqın yolu
https://525.az/img/pics/medium/2026-07/397221_iciabe885b.jpg Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
https://525.az/img/pics/medium/2026-07/397171_1m726bcgru.jpg Tovuz döyüşləri: Zəfərin astanasında
search
14 İyul 2026

“Araz-Naxçıvan” hücumçu aldı

“Araz-Naxçıvan” hücumçu aldı

“Araz-Naxçıvan” heyətini komplektləşdirmək istiqamətində də işləri davam etdirir.

525.az xəbər verir ki, Naxçıvan təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.

Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib. 30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib. Futbolçunun həm da Fransa vətəndaşlığı var.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.