https://525.az/img/pics/medium/2026-07/396954_qwvft4rn0g.jpg Vicdanın hökmü ölüm hökmündən ağırdır
https://525.az/img/pics/medium/2026-07/396960_57jcfo9luh.jpeg "Təzə nə var?" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396948_l8osixq9q9.jpg Qoca dünya, qocalan əhali, artan problemlər
https://525.az/img/pics/medium/2026-07/396965_07041m74in.jpg Bu günə çatan, sabaha yönələn səs - Rafael Hüseynov yazır
search
11 İyul 2026
10 İyul 2026

Qadın güləşçimizdən tarixi uğur

Qadın güləşçimizdən tarixi uğur

Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U20 Avropa çempionatı davam edir.

525.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.

Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.