|
|
|
|

Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib.
525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



