|
|
|
|

Qulu Məhərrəmli, professor:
- Bu dəqiqələrdə ABŞ və İsrail İranın körfəzə yaxın şəhərindəki strateji obyektləri bombalayır. İranın "Mehr" agentliyi bildirir ki, bu saata kimi 200-dən çox hədəf hücuma məruz qalıb. ABŞ ölkənin bütün cənub sahil zolağına zərbələr endirir. "Röyter" agentliyinin məlumatına görə, Çabahar şəhərinin bəzi rayonlarında elektrik enerjisinin kəsilib.
SEPAH hücumlara cavab verəcəyini bəyan edib.
İlqar Altay, hüquqşünas:
- Bu gecə Ukrayna dronları Rusiyanın ən böyük neft şirkətlərindən biri olan Nijni Novqorodda yerləşən "Nijnekamsknaftokhim" şirkətinə güclü hücum edib. Böyük tutumlu neft çənləri yanır.
Su-34, Su-35 və Su-30SM qırıcılarının yerləşdiyi Voronej bölgəsindəki Borisoqlebskdəki Rusiya hərbi aerodromuna da zərbə endirildiyi barədə, təyyarələrin sıradan çıxma məlumatları yayılıb.
Şiddətli hücumlar var Rusiyaya son günlər. Bu, tək Ukraynanın gücünə oxşamır, Qərb görünür, çox güclü dəstək verir və xeyli artırıblar dəstəyi. Açıqca çökdürürlər Rusiyanın, Kremlin başı itib. Rusiya camaatı şokdadı, iflic olubdu nəqliyyat.
Məhəmməd Vociyev, arıçı:
- Son günlər Zaqatala və Balakən rayonlarında yağan güclü leysan yağışları və sel suları çox böyük fəsadlar törətdi. Mən də vəziyyət ağırlaşmamış arıxanaya çatmağa çalışdım. Böyük çətinliklə çayı keçib arıxanaya gedə bildim.
Təəssüf ki, ora çatanda artıq arı ailələrinin təxminən yarısını sel suları aparmışdı. Həmin an əsas məqsədim arıları xilas etmək idi. Sudan keçdiyim üçün telefonu özümlə götürə bilmədim və buna görə də heç bir görüntü çəkə bilmədim.
Daha sonra yağışlar daha da gücləndi, çay daşdı və arıxanaya gedən bütün yollar bağlandı. Hazırda arıxanaya getmək mümkün deyil. Orada qalan arıların vəziyyəti barədə isə hələ heç bir məlumatımız yoxdur.
Ümid edirəm ki, suyun əlindən xilas ola bilən arılarımız sağ-salamatdır. Təbiətin qarşısında insan bəzən aciz qalır. İnşallah, yollar açılar və tezliklə arıxanaya çatıb vəziyyəti yerində görə bilərik.
Allah sel və təbii fəlakətlərdən zərər görən hər kəsə səbir versin, itkilərini əvəz etsin.
Ceyhun Əliyev, jurnalist:
- "Sabah" səviyyə fərqini ortaya qoydu. Ancaq meydanda cəmi 1 yerli futbolçu var idi. Limitin ləğvi reallığı əks etdirdi. Süni şəkildə yerlilərə şans verilməsi futbolumuzu biabırçı şəkildə geri çəkirdi. Yaxın illərdə qitəmiqyaslı klub turnirlərində bunun bəhrəsini daha qabarıq şəkildə görəcəyik.
Əli Məsimli, İqtisadiyyat elmləri namizədi:
- 7 İyul - Şəki Şəhər Günü
7 iyul qədim tarixə, zəngin mədəni irsə və bənzərsiz memarlıq ənənələrinə malik Şəkinin Şəhər Günüdür.
Şəki əsrlər boyu müxtəlif sivilizasiyaların izlərini qoruyub saxlamış, Azərbaycan mədəniyyətinin və memarlığının ən qiymətli mərkəzlərindən biri kimi bu gün də öz tarixi simasını yaşatmaqdadır.
Şəki şəhərinin bütün sakinlərini və hər kəsi Şəhər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, doğma şəhərimizə davamlı inkişaf, firavanlıq və uğurlar arzulayırıq.
Şəhər Günün mübarək, Şəki!
Təranə Əliyeva, yazar:
- Naxçıvanda göy guruldayır, şimşək çaxır, yağış yağır. AZAL sevinir ki, Naxçıvan-Bakı reyslərini gecikdirmək üçün bəhanə yağır göydən. Biz də bilmirik, yayın istisində hava sərinlədiyi üçün sevinək, yoxsa biletlər əlimizdə qaldığı üçün, getdiyimiz yerə vaxtında çatmadığımız üçün, hər saatda "uçuşun vaxtı dəyişdi" xəbərini aldığımız üçün kədərlənək.
Bizdə yalnız qış vaxtı hava çən-duman olanda təyyarə gecikərdi. Bu il bu nə oyundur AZAL bizə oynayır, hələ də başa düşmürəm. Hamı heç nə olmamış kimi susur.
Telli Pənahqızı, Əməkdar mədəniyyət işçisi:
- Xəbərin yazılışına baxın, siz Allah!
Aeroport yolunda 4 maşının iştirakı ilə qəza hadisəsi baş verib.
Elə bildim 4 artistin iştirakı ilə səhnədə hansısa tamaşa oynanılıb və ya məclisdə, iclasda ...iştirak edənlər nəsə deyib və s.
İlham Əzizov, yazıçı:
- Tbilisiyə onlayn qatar bileti almaq müsibətdi. Ondan da müsibəti kassa ətrafında baş verir. Adamlar günlərlə kassanın yanında qaravul çəkir. Gündə 6-7 siyahı tutulur. Bildiyiniz xaos! Gündə 1 dəfə bir ay sonraya bilet satılır. Onun da müddəti 3 dəqiqə?!
Kassada növbə tutub günlərlə gözləyənlərin sistem açılanda üçü bilet ala-almaya...
Onlayn ümumiyyətlə biabırçılıq...
Bir adam 24 saat gözünü saytdan çəkmir, sistem açılır, yer boş görünür, işləmə başlayırsan, yazır ki, "yer boş deyil". Sayt yüklənir, yeniləyirsən yenilənmir, bir sözlə, aləm dəyir bir-birinə, bileti ala bilmirsən. Saytdan bilet almaqdan ötrü professional xaker lazımdı.
Bütün sahələrdə olan iyrənclik burda da öz həyatını yaşayır.
Çoxlu suallar var, bilmirsən kimə verəsən?
Ən birincisi:
Niyə biletlər bir neçə ay üzrə satılmır? Niyə 1 aydan sonra cəmi 1 günün biletləri satışa çıxarılır?
İkincisi:
Niyə əlavə reyslər açılmır?
Axı iqtisadi cəhətdən sərfəlidir?! Bəzi yerlər aviabiletlər qiymətinədi...
Üçüncüsü:
Kassanın önündəki növbə aparatı niyə 15 dəqiqədən bir yenilənir, növbə itir?
Niyə ondan növbə alıb gözləmək mümkün deyil?
Dördüncüsü:
Niyə biz heç nəyi adam balası kimi düzüb-qoşa bilmirik?
Bütün bunlar adamda o hissi yaradır ki, ADY inanmır ki, bu reyslər çox çəkə, fikirləşirlər ki, onsuz da yol bağlanacaq, uzunmüddətli bron lazım deyil.
Utanmaqdan başqa çarə yoxdu, utanıram...
Şəhla Cabbarlı, jurnalist:
- Sən demə, qardaş Türkiyədə hərbi hospital yoxdur. Hətta hərbi lisey də yoxdur.
İki gün qabaq Devlet Bahceli çıxışında dedi ki, yenidən əsgəri xəstəxanalar açılmalıdır. NATO ölkələri arasında hərbi xəstəxanası olmayan tək ölkə Türkiyədir. Bunun olmamağı ciddi nöqsandır.
İYİ partiya millət vəkilləri isə məclisdə hərbi xəstəxanaların açılmağı üçün təklif verdilər. AKP səs çoxluğu ilə rədd etdi, Bahcelinin MHP-si isə ümumiyyətlə səsverməyə qoşulmadı.
Nə baş verdi?
Maraqlıdır, Türkiyə iqtidarı niyə hərbi hospitaldan bu qədər narahatdır? Axı sevdikləri Osmanlı dövründə vardı.
Gedək tarixə baxaq, gələk. Məncə, elə məsələ buradan başlayır. Osmanlını yıxan "İttihad və Tərəqqi" cəmiyyətinin təşkilatlanmaları elə "askeri tibbiye" də başlamışdı.
Görünür, bunu indi də travma kimi qəbul edirlər.
Bizim, xüsusilə mənim sevdiyim Əli bəy Hüseynzadə də Askeri Tibbiyədə təhsil almışdı, orada işləyirdi, "İttihad vəTərəqqi"nin ən intellektual fikir babası idi...
Elçin Rüstəmli, jurnalist:
- NATO Ukraynaya 140 milyard avroluq hərbi yardım paketini təsdiqlədi
NATO-ya üzv ölkələrin liderləri Türkiyənin paytaxtı Ankarada keçirilən sammitdə Ukraynaya 2026 və 2027-ci illər üçün ümumilikdə 140 milyard avro (təxminən 160 milyard dollar) dəyərində nəhəng hərbi yardım paketi ayrılmasını rəsmən təsdiqləyiblər.
Sammitin yekununda qəbul edilən birgə bəyannamədə Ukraynanın transatlantik təhlükəsizliyə verdiyi töhfə xüsusi qeyd olunub: "Ukrayna transatlantik təhlükəsizliyə birbaşa töhfə verir və müttəfiqlər Kiyevə olan sarsılmaz dəstəklərində tam həmrəydirlər".
Rəsmi sənəddə maliyyələşmənin illər üzrə bölgüsü də əksini tapıb: "Müttəfiqlər bu il hərbi texnika, birbaşa yardım və təlimlər üçün 70 milyard avro ayırmağı öhdələrinə götürürlər. Eyni zamanda, 2027-ci ilə qədər də ən azı bu səviyyədə dəstəyin davam etdirilməsi öhdəliyini bir daha təsdiqləyirlər".
Mir Səməd, bloger:
- Oktyabr ayında Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa təyyarə reysi açılacaq. "Vizeir" açır, həftədə iki dəfə.
Əladır!
Düzdür, şəhərdə maraqlı heç nə yoxdur.
Ən üstün cəhəti bilirsiz nədir?
Əlverişli coğrafi mövqeyi. Vyanaya cəmi 60 kilometrdir. Yalan-doğru, əvvəl tramvay işləyib, iki şəhər arasında.
Bundan başqa, Budapeştə, Praqaya və digər məşhur Avropa şəhərlərinə çox rahat şəkildə səyahət etmək olacaq. Ucuz reyslərlə.
Avropanı kəşf etmək baxımından gənclərə əla imkanlar yaradacaq.
Bratislavanı da, istərsəniz çıxıb gəzərsiz, istəməsəniz də, yox, çox şey itirməyəcəksiz.
Mən baxdım oktyabra gediş-gəliş cəmi 150 dollar göstərdi ən ucuz tarifdə.
Xeyirli - uğurlu olsun.
lll
Ata oğluna əfsanəvi braziliyalı Zikonun adını qoyub - futbolçu olmasını arzulayıb. Ziko böyüdü, və Dünya çempionatında Misirin heyətində Argentina qapısına iki qol vurdu. Birini saymadılar...
Bəzən ataların arzusu gerçək olur.
Qismət Rüstəmov, şair:
- İllərin müşahidəsidir, soydaşlarımızın Tiflis məhəbbətində tarixdən, mədəniyyətdən daha çox, fərəhli bir qarınqululuq sezilməkdədir. On təəssüratdan səkkizi təxminən bundan ibarətdir:
- Deməli, 30 gürcü xəngəli dedik ortaya, denən hə...
- Hə
- Yanında da "domaşniy" çaxır, nə qədər eləsə yaxşıdır?
- Nə qədər?
- Bizim pulnan heç nə!



