|
|
|
|

“ABŞ prezidenti Donald Trampın administrasiyası münaqişənin inkişafına nəzarəti itirməkdən ehtiyat edərək, İsrailin İranla yeni hərbi qarşıdurma mərhələsinə qoşulmasını istəmir”.
525.az xəbər verir ki, bu barədə CNN iki İsrail mənbəsinə istinadən məlumat yayıb.
Mənbələrdən birinə görə, İsrailin Baş naziri Binyamin Netanyahu Amerika hücumlarına qoşulmaq istəyir, lakin Vaşinqton hazırda İsrailin hərbi əməliyyatlarda iştirakına qarşıdır.
Məlumatda bildirilir ki, Tramp tammiqyaslı müharibəyə qayıtmaqda maraqlı deyil və yalnız ən sərt tədbir olaraq İran limanlarının dəniz blokadasını bərpa etməyi düşünür.
Bu arada, İsrail müdafiə naziri İsrael Katz əvvəllər orunun zərurət yaranarsa, müstəqil şəkildə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirib.
Pərvanə Sultanova



