
“Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət qurumlarının ayrı-ayrılıqda fəaliyyət göstərən rəqəmsal platformalarının vahid ekosistemdə birləşdirilməsinə imkan verəcək”.
Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, Rəqəmsal İnkişaf Şurası əvvəlki dağınıq və koordinasiyasız rəqəmsallaşma təşəbbüslərindən onunla fərqlənir ki, dövlətin ən ali səviyyəsində – Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərir və qərarların operativ qəbuluna imkan yaradır:
“Rəqəmsal İnkişaf Şurası müxtəlif dövlət qurumları arasında bürokratik maneələri aradan qaldıracaq və innovativ hüquqi mexanizmlərin tətbiqini sürətləndirəcək. Tənzimləyici test mühiti (sandbox) kimi mexanizmlər sayəsində yeni layihələr və qanunvericilik təşəbbüsləri vahid mərkəzdən koordinasiya olunaraq daha operativ icraya yönəldilir”.
Sevinc Qarayeva



