https://525.az/img/pics/medium/2026-07/396937_nuxygiivlc.jpg “525-ci qəzet”in 10 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396939_fxljydar2b.jpg Aybəniz Həşimova: “Polad Həşimovun övladı olmaq Tanrının lütfüdür” - VİDEO ANONS
https://525.az/img/pics/medium/2026-07/396931_u4zdnvhkcl.jpg Mars - Fantastik hekayə
https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Medalın iki üzü - Məryəm Bağırova yazır
search
9 İyul 2026

"Qarabağ"dan böyükhesablı qələbə

"Qarabağ"dan böyükhesablı qələbə

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.

525.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə üz-üzə gəlib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb. Matçı Roman Jitar (Moldova) idarə edib.

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 

Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 86

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)

VAR: Luka Çibelli (İsveçrə)

AVAR: Anoen Kanaqasinqam (İsveçrə)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.