
DÇ-2026-nın 1/4 final mərhələsində 6 Avropa millisi mübarizə aparacaq.
525.az xəbər verir ki, 1/4 finala yüksələn Avropa təmsilçiləri Fransa, İspaniya, Belçika, Norveç, İngiltərə və İsveçrədir.
"Opta"nın yaydığı məlumata görə, bu, 1994-cü ildəki dünya çempionatından bəri Avropadan kənarda təşkil olunan mundiallarda qitə komandalarının 1/4 finaldakı ən yüksək göstəricisidir.
1994-cü il dünya çempionatının 1/4 finalında Rumıniya, İsveç, Niderland, Almaniya, Bolqarıstan, İspaniya və İtaliya olmaqla 7 Avropa komandası yarışmışdı.
DÇ-2026-nın 1/4 finalında Afrika qitəsini yalnız Mərakeş, Cənubi Amerikanı isə yalnız Argentina təmsil edəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyulun 9-da start götürəcək. Fransa - Mərakeş, İspaniya - Belçika, Norveç - İngiltərə və Argentina - İsveçrə cütləri yarımfinal uğrunda mübarizə aparacaqlar.



