
DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən oyunda Argentina millisinin üzvü Enzo Fernandesin vurduğu qol tarixə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi dünya çempionatları tarixində 3000-ci qolun müəllifi olub.
Mundiallarda 1000-ci qolu niderlandlı Rob Rensenbrink vurub. 2000-ci qolun müəllifi isə İsveç yığmasının üzvü Markus Albek olub.
Xatırladaq ki, Enzo Fernandesin 90+2-ci dəqiqədə vurduğu qol Argentina yığmasına Misir üzərində 3:2 hesablı qələbə qazandırıb.
İbrahim Cəfərov



