|
|
|
|

Portuqaliyalı mütəxəssis Karluş Keyruş Qana millisinin baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.
525.az xəbər verir ki, 73 yaşlı çalışdırıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Qana Futbol Assosiasiyasına, futbolçulara, məşqçilər korpusuna və azarkeşlərə təşəkkürünü bildirib.
Keyruşun istefası komandanın dünya çempionatının 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra baş verib. Portuqaliyalı mütəxəssis cəmi üç aya yaxın bu vəzifədə çalışıb.
Qeyd edək ki, Karluş Keyruş bu ilin aprel ayında Qana millisinin baş məşqçisi təyin olunmuşdu.



