|
|
|
|

"Mövsüm meyvələrinin bol olmasına baxmayaraq, qiymətlərinin yüksəkdir. Kiloqramı 70–80 qəpiyə yığılan məhsulun, digər xərclər də nəzərə alındıqda, bazarda ucuz qiymətə satılması təbii ki, mümkün olmur".
Bunu 525.az-a iqtisadçı iqtisadçı ekspert Günay Hüseynova söyləyib. Ekspert vurğulayıb ki, bəzi sahibkarlar məhsulu daxili bazarda satmaq əvəzinə, onu birbaşa xarici bazarlara çıxarmağa üstünlük verirlər. Çünki xarici valyuta ilə gəlir əldə etmək onlar üçün daha sərfəli hesab olunur:
"Qiymətlərə təsir edən digər amillərdən biri də kəndlinin məhsulunu birbaşa bazara çıxarmaqda çətinlik çəkməsidir. El arasında deyildiyi kimi, vasitəçilər məhsulu kəndlidən çox ucuz qiymətə alır, sonra isə Bakı və digər iri şəhərlərdə xeyli baha qiymətə satışa çıxarırlar".
Sevinc Qarayeva



