|
|
|
|

Azərbaycanda iyulun 3-də axtarışda olan 39 nəfər tapılıb.
Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 29-u borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.



