https://525.az/img/pics/medium/2023-12/294198_xq94iwvayz.jpg İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2026-07/396232_a7g0ehno9m.jpeg "İspan baleti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2026-07/396292_h84nyfkx8v.jpeg Teatr adamı - Telli Pənahqızı yazır
https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
search
3 İyul 2026

“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi

“Qarabağ”dan bu yayın 7-ci transferi -  Rəsmi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

525.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın “Zalaeqerseq” klubundan transfer olunan müdafiəçi Bençe Varkonyini rəsmən təqdim edib.

24 yaşlı mərkəz müdafiəçisi ilə bağlı paylaşım klubun rəsmi sosial şəbəkə hesablarında “Xoş gəldin, Bençe Varkonyi” sözləri ilə edilib.

Macarıstan mətbuatının xəbərinə görə, Varkonyinin transferi üçün “Qarabağ”ın “Zalaeqerseq”ə 1 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, “Qarabağ” bu yay Zakaria Savo (son klubu - "Aris" Kipr), Jali Muaddib (“Omoniya” Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya) da heyətinə qatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.