|
|
|
|

“Son aylarda Bakının kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə edilir. Qiymət artımı paytaxtın bütün ərazilərində müşahidə olunur”.
Bunu əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, yerləşmədən asılı olaraq, mərkəzdə və mərkəzə yaxın olan ərazilərdə qiymət artımı daha az, mərkəzdən kənar yerlərdə isə daha çox qeydə alınır. Amma bütünlüklə bütün şəhər ərazisində qiymət artımı müşahidə olunmaqdadır. Bu proses əvvəlki dövrdə yalnız mövsüm aylarında, tələbə axını baş verərkən nəzərə alınırdısa, indi bütün il boyu özünü büruzə verir.
Ekspert qeyd edib ki, qiymət artımının səbəbləri müxtəlifdir:
"Sözsüz ki, söküntü işləri və şəhərsalma ilə bağlı müəyyən işlər var. Bu da kirayə mənzili bazarında bütün il ərzində qiymət artımını şərtləndirir".
Sevinc Qarayeva



