
Bu ilin yanvar-iyun ayları ərzində 41 153 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ödəniş edilib.
Bu barədə 525.az-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 19 148 nəfər qız, 22 005 nəfər oğlan uşağına görə aparılıb.



