https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda təşkil olunacaq cüdo üzrə böyüklər arasında dünya çempionatının biletləri satışa çıxarılıb.

525.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, bununla yanaşı, yarışın rəsmi kommunikasiya kampaniyasına da start verilib və çempionatın əsas vizual konsepsiyası ictimaiyyətə təqdim olunub.

Dünya çempionatının biletlərini iTicket.az platforması vasitəsilə onlayn, eləcə də şəhərin müxtəlif satış məntəqələrindən əldə etmək mümkündür.

Turnirdə dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir. Qarşıdakı aylarda yarışın proqramı, iştirakçılar, azarkeş zonaları və digər yeniliklərlə bağlı məlumatlar mərhələli şəkildə açıqlanacaq.

Qeyd edək ki, mundial oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.