
Ermənistan parlamentinin sədri Alen Simonyan yeni parlamentdə təmsil olunmaqdan imtina edib.
525.az xəbər verir ki, bu barədə o, brifinq zamanı jurnalistlərə deyib.
"Mən işləməyə davam etmək istəyimi bildirdim, amma əvvəl də dediyim kimi, hər şey partiyanın İdarə Heyətinin qərarından asılı idi. İdarə heyətinin qərarına tabe oluram və parlamentin sədri vəzifəsini tutmayacam", - Simonyan bildirib.
O, partiyanın qərarından incimədiyini, ölkəyə və partiyaya başqa bir şəkildə faydalı ola biləcəyinə inandığını söyləyib:
"Mən mandatımı qəbul etməyəcəm və parlamentdə deputat kimi təmsil olunmayacam, bunu Baş nazirlə müzakirə etdik”.
Simonyan aktiv siyasəti tərk etmək niyyətində olmadığını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl vitse-spiker Ruben Rubinyan Ermənistanın yeni formalaşacaq parlamentinin sədri vəzifəsinə namizəd seçilib.
Pərvanə Sultanova



