|
|
|
|

Rumıniya şiddətli fırtınaya məruz qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Buxarest də daxil olmaqla, 20 şəhərə təsir edən fırtına zamanı ağacın yıxılması nəticəsində bir nəfər ölüb.
Fövqəladə hallar rəsmilərinin məlumatına görə, 60 şəhər və kənddə evlər və nəqliyyat vasitələri zədələnib, metro stansiyaları su altında qalıb.
Bir çox əyalətdə polis və yanğınsöndürmə qrupları yerləşdirilib, su basmış evlərin sakinləri təxliyə edilib.
İbrahim Cəfərov



