|
|
|
|

İyunun 24-də Venesuelada baş vermiş ardıcıl 2 güclü zəlzələ nəticəsində 2295 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriges bildirib.
Dünən axşama olan məlumata görə, yaralıların da sayında artım qeydə alınıb - 11267 nəfər. Spikerin sözlərinə görə, 12841 nəfər evsiz-eşiksiz qalıb.
Zəlzələ ümumilikdə 26403 insana psixoloji və Maddi ziyan vurub.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki ardıcıl zəlzələ ciddi dağıntılara səbəb olub.
L.Tağıyeva



