|
|
|
|

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
525.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
"Hökumət başçıları Rusiya-Ermənistan ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər", - açıqlamada deyilir.
Pərvanə Sultanova



